2026-ci ilin yanvar ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz azalaraq , 686 milyon 503 min dollar olub. “2026-ci ilin yanvar ayında Türkiyənin Türk ölkələrindən idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 769 milyon 99 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 1 milyon dollar olub.
#2025 ticarət dövriyyəsi məlumatları
Keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub. “Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.