Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişafına dair müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclas keçirilib. Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən 50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir mübadiləsi aparılıb.
#Naxçıvan
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.
Sentyabrın 30-da Minskə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək
Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Sammiti 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək.Bunu TDT baş katibinin müavini Ömər Kocaman Bakıda TDT üzv dövlətlərin beyin mərkəzlərinin konfransında bəyan edib.
TRIPP ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq.Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq.
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.
8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də strateji sərmayədir və türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Onun sözlərinə görə, dəhlizin 15 milyon ton yükdaşıma potensialı var. “30 illik proqnoza görə, Zəngəzur dəhlizindən 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza gəliri, 2,1 milyard lirə iqlim qənaəti, 3,5 milyard lirə isə yol və zaman qənaəti əldə ediləcək. Beləliklə, ümumilikdə 147,6 milyard lirə gəlir gözlənilir”, – Uraloğlu qeyd edib.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
Avqustun 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.
İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.