#Kapital bazarlarının inkişafı

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - dekabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 512 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 323 milyon 545 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 140 milyon 250 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 93 milyon 707 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (54) qeydiyyata alınıb.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 78 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 312 milyon 450 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 171 milyard türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.