Azərbaycan və Özbəkistan energetika nazirləri Bakıda keçirilən “Bakı Enerji Forumu” çərçivəsində enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə neft və neft-kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib, ticarət əməkdaşlığının genişləndirilməsi imkanları və Üstyurt geoloji kəşfiyyat layihəsi nəzərdən keçirilib. Eyni zamanda “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı fikir mübadiləsi aparılıb.
#Yaşıl Enerji Dəhlizi
İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində keçirilən üçüncü iclasda nazirlər “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı üzrə birgə addımları müzakirə ediblər. COP29 çərçivəsində irəli sürülən “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi” təşəbbüsü və layihənin “Texniki Tapşırıq” sənədinin tamamlanması diqqət mərkəzində olub.
Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.
Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib. Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl Enerji Dəhlizi”nin yaradılması üzrə nazirlərin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb.