#Azərbaycan Televiziyası və Radiosu Günü

Azərbaycan Televiziyası və Radiosu Günü hər il 6 noyabrda qeyd olunur. 1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.