#Rəqəmsal İnkişaf

Qətər Milli Kiber Təhlükəsizlik Agentliyinin təqdim etdiyi “Milli Kibertəhlükəsizlik Təlim Proqramı” Ümumdünya İnformasiya Cəmiyyəti Sammitinin 2026-cı il mükafatına layiq görülüb. Ölkə informasiya-kommunikasiya texnologiyalarından istifadədə təhlükəsizlik və etimadın gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihə ilə beynəlxalq səviyyədə tanınıb. Mükafat Cenevrədə keçirilən mərasimdə təqdim olunub. Qətər bu uğuru ardıcıl ikinci dəfə əldə edib. Layihə rəqəmsal təhlükəsizliyin inkişafına və kibertəhlükələrə qarşı mübarizəyə verdiyi töhfəyə görə yüksək qiymətləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Türküstanda keçirilən qeyri-rəsmi sammitində texnologiya sahəsində əməkdaşlığı yüksəltməyin vacibliyini vurğulayıb. O, süni intellekt və rəqəmsal inkişaf məsələlərinin strateji gələcək baxışı kimi qəbul edilməsinin önəmini qeyd edib və texnologiyaların qlobal dominantlıq alətinə çevrilməməsi üçün düzgün yanaşma tətbiq edilməsinin vacib olduğunu bildirib.

Qaydalar, Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb. Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.