Qloballaşan iqtisadi münasibətlər fonunda müxtəlif ölkələrdən olan şirkətlər arasında biznes əlaqələri genişlənir. Bununla yanaşı, kommersiya mübahisələrinin də beynəlmiləl xarakter alması labüddür. Ənənəvi məhkəmə və arbitraj prosedurlarının uzunmüddətli və bahalı olması, biznes dairələrini alternativ, daha səmərəli vasitələrə – xüsusilə mediasiyaya yönəldir. Bəs beynəlxalq kommersiya mediasiyası hansı prinsiplərə əsaslanır və onun üstünlükləri nələrdir?