Türkiyədə ALTAY Döyüş Tankının ardıcıl istehsalına başlanıb və ilk çatdırılmaları Türk Silahlı Qüvvələrinə həyata keçirilib. Yerli güc qrupu üzərində test və inkişaf işləri isə intensiv şəkildə davam edir. ALTAY tankının ilkin istehsalı Cənubi Koreyadan tədarük edilən güc qrupu ilə həyata keçirilib. Proyekt çərçivəsində 85 tank bu güc qrupu ilə hazırlanacaq və sonradan tamamilə yerli güc qrupuna keçid planlaşdırılır.
#Altay T2 tankları
Yunan mediası, Türkiyənin son günlərdə ard-arda atdığı iki böyük müdafiə addımına geniş yer ayırıb. Prezident Rəcəb Tayyib Ərdoğanın ilk yerli istehsal Altay tanklarının təhvil mərasimində iştirakı və Böyük Britaniya ilə 20 ədəd Eurofighter Typhoon qırıcı təyyarəsinin alınması üçün imzalanan saziş, Afinada diqqətlə izlənilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kahramankazan rayonunda keçirilən BMC Ankara Tank və Yeni Nəsil Zirehli Texnika İstehsal Zavodunun açılışı və ilk ALTAY tanklarının təhvil verilməsi mərasimində çıxış edib. Prezident Ərdoğan çıxışında Türkiyənin müdafiə sənayesində qazandığı uğurların milli iradənin və mühəndislik gücünün nəticəsi olduğunu bildirib. O, ALTAY tankı layihəsinin Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfinin simvoluna çevrildiyini vurğulayıb.
Türkiyə Prezidentliyi Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Türkiyə artıq tank və zirehli texnika istehsalında dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, 682 min kvadratmetrlik ərazidə inşa olunan yeni zavodda robotlaşdırılmış qaynaq sistemləri ilə ildə 96 “Altay” əsas döyüş tankı istehsal olunacaq. ALTAY Tankının Seriya İstehsal Zavodunun açılış mərasimində çıxış edən Görgün vurğulayıb ki, hər yeni istehsal müəssisəsi Türkiyənin müdafiə sənayesində tam müstəqilliyə atılmış möhür, hər yerli texnika isə xalqın iradə və əzm rəmzidir.
Türkiyənin yerli müdafiə sənayesi məhsulu olan “Yeni Altay” tankının ilk partiyası 28 oktyabr 2025-ci ildə Türk Silahlı Qüvvələrinə təhvil veriləcək.