ABŞ prezidenti Donald Tramp planlı tibbi müayinədən keçib və həkiminin sözlərinə görə, ümumi sağlamlıq vəziyyəti “əladır”. Tramp, Vaşinqton yaxınlığındakı “Valter Rid” Hərbi Tibb Mərkəzində illik tibbi müayinədən keçib. Ağ Ev tərəfindən yayılan məktubda Trampın həkimi Şon Barbabell bildirib ki, “prezident Tramp əla ümumi sağlamlıq göstəricilərini qorumaqda davam edir”.