2002-ci ildə, Modi Hindistanın Qucarat əyalətinin baş naziri olduğu dövrdə, müsəlmanlara qarşı baş verən iğtişaşlara görə şəxsən məsul tutulmuşdu. Həmin hadisələrdə təxminən 1000 müsəlman öldürülmüş, 150 min nəfər evlərindən didərgin düşmüşdü. Bundan sonra ABŞ və Böyük Britaniya hökumətləri insan haqları ilə bağlı narahatlıqları əsas gətirərək Modiyə səfər qadağası qoydular.
#AUKUS
ABŞ, Böyük Britaniya və Avstraliya “nüvə ilə işləyən sualtı gəmi alyansı” kimi tanınan AUKUS ortaq təhlükəsizlik sazişi üzrə işləri sürətləndirməyə qərar verib. ABŞ-ın müdafiə naziri Pit Hegsət, Böyük Britaniyanın müdafiə naziri Con Hili və Avstraliya baş nazir müavini və müdafiə naziri Rişard Marls ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüblər və görüş barədə ortaq açıqlama verilib. Açıqlamaya görə, görüşdə AUKUS sazişinə sadiqliklərini təsdiqləyən nazirlər əməkdaşlığın uzunmüddətli uğur qazanması üçün prosesin sürətləndirilməsi və qısa müddətli hərbi hədəflərə fokuslanmaq barədə razılığa gəliblər.