#İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)

Ötən il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ölkədə innovasiya ekosisteminin formalaşdırılması məqsədilə beş əsas istiqamət üzrə ardıcıl fəaliyyət həyata keçirib. Onun sözlərinə görə, bu istiqamətlərə innovasiya infrastrukturlarının yaradılması, maliyyə resurslarına çıxış imkanlarının artırılması, müvafiq bilik və bacarıqlara malik insan kapitalının inkişafı, yerli startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi və ümumilikdə innovasiya mədəniyyətinin təşviqi daxildir.

Ötən il ərzində “mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb. Vətəndaşlar platforma vasitəsilə gündəlik olaraq müxtəlif informasiya sistemlərinə və elektron resurslara təhlükəsiz şəkildə çıxış əldə edirlər. Onun sözlərinə görə, “mygov” platformasında istifadəçi məlumatlarının, xüsusilə istifadəçi adları və şifrələrin təhlükəsizliyinin qorunmasına xüsusi önəm verilir. Bu məqsədlə vətəndaşların məlumat təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiya mexanizmləri müvafiq sistemlərə inteqrasiya olunub.

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib. Artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə “mygov” platforması üzərindən göndərə bilərlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə 17 dekabr 2025-ci il tarixində Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.