#Tariq Əbu Əl-Futuh

Azərbaycanlı tədqiqaçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi - mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub. Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Əl-Futuh təqdim edib. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.