ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına etiraz məqsədilə Vaşinqtonda, Ağ Evin qarşısında nümayiş təşkil olunub. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləmək üçün toplaşan etirazçılar “Neft naminə qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ, Latın Amerikasından əlini çək” və “Konqres, Trampın müharibəsini dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.
#Maduronun YouTube hesabı
ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib ki, ölkəsi Venesuelanı “təhlükəsiz, sabit və ağıllı bir keçid mümkün olana qədər” idarə edəcək. Bu açıqlama ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılmasından sonra səsləndirilib.
Venesuela Prezidenti Nikolas Maduronun YouTube hesabı hər hansı rəsmi səbəb göstərilmədən bağlanıb. Məlumata görə, hesab bağlanmazdan əvvəl 200 mindən çox abunəçiyə sahib idi. Kanalda əsasən Maduronun çıxışları, eləcə də Venesuela Dövlət Televiziyasında yayımlanan həftəlik proqramından fraqmentlər paylaşılırdı.