#Təhsilin İnkişafı Fondu

Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Akademiya, həmçinin TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən, TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə yüzlərlə tərəfdaş mağazada endirimlərdən yararlanmaq imkanı yaradır və təqaüd, bank kartı, eləcə də universitetlərə giriş-çıxış funksiyalarını birləşdirərək bütün bu imkanları vahid kartda cəmləşdirir.

Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edərək tələbələrin təhsilə əlçatanlığının artdığını vurğulayıb. O, həmçinin təhsil və əmək bazarı arasında mövcud boşluqların aradan qaldırılması üçün qısa müddətli ixtisasartırma və peşə kurslarının əhəmiyyətini qeyd edib.