Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin olunub, onların vəkilləri və tərcüməçiləri iştirak ediblər. David Babayan özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini bir daha bəyan edib. Davit İşxanyanın müdafiəçisi tərəfindən təqdim olunan müraciətlərə baxılıb və dövlət ittihamçısı onların əvvəlki apellyasiya şikayətinin məzmununu təkrarladığını bildirib. Məhkəmə vəsatətlərin təmin olunmaması barədə qərar qəbul edib. Daha sonra Arkadi Qukasyanın müdafiəçiləri hökmün ləğv olunmasını və bəraət qərarı çıxarılmasını istəyiblər. Növbəti məhkəmə iclası iyulun 10-da keçiriləcək.
#Bakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. İclas zamanı Davit İşxanyanın məhkəmə protokoluna dair təqdim etdiyi yazılı qeydlər araşdırılıb və iş materiallarına əlavə olunub. Dövlət ittihamını müdafiə edən prokurorlar və zərərçəkmiş şəxslərin nümayəndələri məsələ ilə bağlı öz mövqelərini ifadə ediblər. Davit İşxanyan və David Babayan məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər. David Babayanın müdafiəçisi hökmün ləğv edilməsini və bəraət qərarının qəbul olunmasını istəyib. Levon Mnatsakanyan vəsatət vermək istədiyini bildirib. Növbəti məhkəmə iclası iyulun 7-də keçiriləcək.
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qeyd edək ki, iyunun 10-da Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə AXCP sədri Əli Kərimli barəsində qətimkan tədbirinin müddətlərinin uzadılması barədə qərar verib. Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılıb.
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. AzerVoice xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad yetərli deyil, dəyişiklik üçün şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması tələb olunur. AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. İşin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.