Türk müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN son dövrlərdə əldə etdiyi ixrac nailiyyətləri ilə bu ili rekord göstəricilərlə başa vurmağa hazırlaşır. Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqlərindən biri sayılan “Defense News Top 100” siyahısında 42-ci yerdə qərarlaşan ASELSAN ilk 30-luğa daxil olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu hədəfə çatmaqda yüksək əlavə dəyər yaradan ixrac mühüm rol oynayır.