Donald Tramp ABŞ-ın İranın bərpasına sərmayə qoymayacağını bildirib. O, bəzi ölkələrin bu prosesə kömək edə biləcəyini deyib. Tramp İranın yenidən qurulması üçün beynəlxalq dəstəyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müharibə ölkəyə böyük iqtisadi zərər vurub. O, bu zərərin təxminən 2 trilyon dollar olduğunu iddia edib. Tramp region ölkələrinin yardım edə biləcəyini qeyd edib. ABŞ Prezidenti Vaşinqtonun maliyyə iştirakı olmayacağını təkrarlayıb. Açıqlama İran–ABŞ münasibətləri fonunda diqqət çəkib.
#Bərpa
Xocalı rayonunun Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. AzerVoice xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.