Ölkə əhalisinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb. Bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.