#Quran

Qurani-Kərim, İslam peyğəmbəri Məhəmməd Peyğəmbərə (s.ə.s.) və bütövlükdə müsəlman ümmətinə göndərilən ən böyük ilahi möcüzədir. Bu müqəddəs kitab təkcə bərəkət və şəfa qaynağı deyil, həm də insanların hidayətə, imana, ədalətə və gözəl əxlaqa yönəldilməsi üçün nazil edilmişdir. Qurani-Kərimlə bağlı müsəlmanların əsas vəzifəsi onu oxumaq, düşünmək və gündəlik həyatlarında tətbiq etməkdir. Eyni zamanda, bu kitabın təmiz və uca bir yerdə saxlanılması, ona qüsulsuz və dəstəmazlı halda toxunulması müsəlmana düşən ədəblərdəndir.

Qurani-Kərimin 18-ci surəsi olan Kəhf, həm mənəvi güc, həm də dünyəvi ibrətlər baxımından dərin məna daşıyır. Məkkə dövründə nazil olmuş bu surə, insanı fitnələrə qarşı hazırlayan və imanı möhkəmləndirən mühüm hekayələri özündə birləşdirir. Adını isə içərisində bəhs edilən məşhur Mağara Əhli – Əshab-ı Kəhf hadisəsindən alır.

Tövbə surəsi tam olaraq Mədinədə nazil olan son surədir. 113-cü ayə ilə son iki ayənin Məkkədə endiyi barədəki rəvayət əksəriyyətin görüşü ilə uyğun gəlmir. Adını 117 və 118-ci ayələrdə keçən "tövbə" anlayışından almışdır. Bununla yanaşı, surədə müşrik və münafiqlərin tutduqları yanlış yoldan dönərək tövbə etmələrinin zəruriliyindən bəhs edilməsi bu isimlə anılmasına səbəb olmuşdur. Surə, "heç bir məsuliyyət qəbul edilməyəcəyinə dair bildiriş" mənasına gələn ilk kəlməsi "bəraət"ə görə "Bəraə" adıyla da anılmış, məzmununda münafiqlərdən geniş bəhs edilərək iç üzlərinin ortaya qoyulması və taktikalarının izah edilməsinə görə ondan çox başqa isimlərlə də adlandırılmışdır. 129 ayə olub, fasilələri (ayə sonu hərfləri) b, r, l, m, n hərfləridir; bunların ilk üçü altı ayənin sonunda yer almışdır.

Qurani-Kərimin Məkkə dövründə nazil olduğu qəbul edilən, lakin bəzilərinə görə Mədinə dövrünə aid sayılan Ədiyat surəsi, mövzu və üslubu baxımından açıq şəkildə Məkkə surələrinin xüsusiyyətlərini daşıyır. On bir ayədən ibarət olan surə, adını ilk ayədə keçən “ədiyat” sözündən alır.