#Çin Fövqəladə Halların İdarəolunması Nazirliyi

Çinin şimalında, Bohay dənizində yük gəmisi ilə balıqçı qayığı toqquşub. Toqquşma nəticəsində balıqçı qayığı aşıb və heyətin bir hissəsi dənizdə itib. İtkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Qəza ilə bağlı məsuliyyət və səhlənkarlıq ehtimalları araşdırılacaq.