İnsanların cinlərlə və ya cinlərin insanlarla evlənməsi mümkündür. Lakin İslam alimlərinin (üləmanın) əksəriyyəti bunu bəyənilməyən (kərahətli) bir əməl bilsə də, Hənəfi fəqihləri cinlə evlənməyi caiz (icazəli) hesab etməmişdirlər. Bunun əsas səbəbi kimi onların yaradılış cinslərinin eyni olmaması göstərilir. Bununla belə, bu növ evliliyin caiz olduğunu müdafiə edən alimlər də olmuşdur.
#Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər
Cinlər ayrıca bir aləmin varlıqlarıdır. Onlarla dostluq qurmaq çətin və demək olar ki, imkansız olması ilə yanaşı, bunun ciddi təhlükələri də ola bilər. Cinlərlə əlaqə yaratmaq müəyyən mənada mümkündür, lakin bu, hər halda gerçəkləşən bir hal deyil. Üstəlik, bu cür əlaqə çox vaxt mənəvi və ruhi baxımdan risklidir.
Cinlər qədimdən bəri insanların diqqətini cəlb edən, lakin çox zaman yanlış anlaşılan varlıqlardır. Bəzi inanclarda onların insanlardan daha güclü olduğu düşünülür. Lakin İslam mənbələri bu məsələyə aydınlıq gətirir və insanın yaradılış baxımından cinlərdən üstün olduğunu bildirir.
İslam inancına görə, cinlərin və şeytanın varlığı danılmaz həqiqətdir və bu mövzu Qurani-Kərimdə bir sıra ayələrlə açıq şəkildə bəyan olunmuşdur.
İslam inancına görə, cinlərin və şeytanın varlığı danılmaz həqiqətdir və bu mövzu Qurani-Kərimdə bir sıra ayələrlə açıq şəkildə bəyan olunmuşdur. Müxtəlif surələrdə onların insanlarla münasibətləri, iman gətirənləri doğru yoldan azdırma cəhdləri və eyni zamanda haqqı qəbul edən cinlərin mövcudluğu qeyd edilir.