Türkiyənin müdafiə sənayesi nəhəngi olan ROKETSAN 2025-ci ili maliyyə baxımından böyük uğurlarla başa vuraraq dövriyyəsini 2 milyard dollardan yuxarı qaldırıb. Şirkətin baş direktoru Murat İkinci keçən il ərzində gəlirlərin dollar bazında 50 faiz artdığını bildirib. Onun sözlərinə görə ROKETSAN hazırda dünyanın ən sürətlə böyüyən müdafiə şirkətləri arasında yer alır. Şirkətin ixrac göstəriciləri də rekord həddə çataraq 750 milyon dolları ötüb ki bu da bir il əvvəlki göstəricidən 50 faiz çoxdur.
#Roketsan 2025
Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri Türkiyə investorlarının bölgəyə marağını ciddi şəkildə artırıb. Onun sözlərinə görə, bölgə təkcə tikinti sahəsi ilə deyil, həm də turizm və kənd təsərrüfatı potensialı ilə diqqət mərkəzindədir.
Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı, TRT-nin isə informasiya tərəfdaşı olduğu, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, İstanbul Atatürk Hava Limanında ziyarətçiləri qəbul edir. Festival çərçivəsində, başda ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri tərəfindən hazırlanmış Çelik Kubbe məhsulları böyük maraqla qarşılanıb.
Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb. Siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, şirkət ötən illə müqayisədə 16 pillə irəliləyib.