#Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO)

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi Qətər sahillərində ticarət gəmisinə qarşı hücumun baş verdiyini elan edib. Rəsmi məlumata görə, insident Qətərin paytaxtı Doha şəhərindən təxminən 17 dəniz mili (31,84 km) şimalda qeydə alınıb.

Lakin Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) hücumun uğursuz olduğunu açıqlayıb. UKMTO-nun məlumatına görə, gəmi heyəti yaxınlıqda naməlum mərminin suya düşdüyünü müşahidə edib və güclü partlayış səsi eşidib. Hadisə nəticəsində xəsarət alan olmayıb, tanker isə səfərinə davam edib.