Siyasət Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub 20 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.