#Leon Bailey

İtaliya klubu Roma İngiltərə təmsilçisi Aston Villadan yamaykalı futbolçu Leon Bailey-i icarəyə götürdüyünü açıqlayıb. Klubun rəsmi məlumatına görə, 28 yaşlı sağ cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb. Yeni komandasında Bailey 31 nömrəli formanı geyinəcək.