#Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunun Duruca kəndində turizmin İnkişafına dəstək layihəsini uğurla icra edib. Layihənin əsas məqsədi kənd turizminin inkişafını təşviq etmək, yerli icma üzvlərinin bu sahədə bilik və bacarıqlarını artırmaq və həssas qrupların iqtisadi fəallığa cəlb olunmasına dəstək göstərməkdən ibarət olub.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatriyada refleksoterapiya” layihəsinin təlimlərinə start verib. Birliyin sədri Təranə Musayeva iştirakçıları salamlayaraq, layihə haqqında ətraflı məlumat verib. Sonra təlimçi Aynur Əhmədova refleksoterapiya haqqında ümumi məlumatlar təqdim edib, iştirakçılara refleksoterapiyada istifadə olunan cihazlar və alətlərlə tanışlıq imkanı yaradılıb. “pediatriyada refleksoterapiya” təlimləri nəzəri və praktik olaraq keçiriləcək. Təlimlər zamanı aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılacaq: Uşaq sağlamlığında refleksoterapiyanın rolu Refleksoterapiya metodları Uşaqda refleksoterapiya tətbiqi və bunun nəticələri Uşaqlarda stres və narahatlığın azaldılması Refleksoterapiya ilə ağrının azaldılması İmmunsistemin gücləndirilməsi Serebral iflic və refleksoterapiya Ağ ciyər və yoğun bağırsaq meridiyanı Mədə, mədəaltı vəz, dalaq, öd kisəsi, ürək, nazik bağırsaq, sidik kisəsi, böyrə kimi meridianlar Su-djok terapiya İlk təlim iştirakçıların böyük marağına səbəb olub. Onlar refleksoterapiyada istifadə olunacaq alətlərlə tanış olub, təlimçi tərəfindən sualları cavablandırılıb. Bu təlimlər vasitəsilə təlim iştirakçıları, uşaqların sağlamlığının qorunması və xəstəliklərin müalicəsi sahəsində yeni bilik və bacarıqlar əldə edəcəklər.

"Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Duruca kəndində turizmin inkişafına dəstək” layihəsi çərçivəsində Qəbələ rayonunda yaşayan sosial vəziyyəti ağır olan xanımlara əl işlərinin öyrədilməsi məqsədilə təşkil etdiyi təlimləri uğurla tamamlayıb. Bu təlimlər iştirakçılara yeni bacarıqlar qazandırmaq və onların iqtisadi müstəqilliklərini artırmaq məqsədini güdüb.

Təlimlərdə iştirakçılara kənd turizmi və onun inkişafının əhəmiyyəti, turizm sektorunun müasir tələbləri, qonaqpərvərlik və müştəri məmnunluğunun artırılması kimi mövzular geniş şəkildə izah edilib. İştirakçılar, turizm xidmətlərində keyfiyyətin yüksəldilməsi, turistlərlə etik davranış qaydaları, müştəri məmnuniyyətinin artırılması, sağlamlıq və təhlükəsizlik məsələlərinə düzgün yanaşmaların tətbiqi, eləcə də işçilərin peşəkar inkişafı üçün vacib bacarıqları və şərtləri öyrənmişdir.