Türkiyədə siqaretdən imtina etmək istəyən 1 milyon nəfərə dövlət hesabına pulsuz dərman və nikotin əvəzedici preparatlar təqdim olunacaq. Proqram çərçivəsində Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təmin edilən nikotin əvəzedici preparatlar, eləcə də Bupropion HCl, Vareniklin və Sitizin tərkibli dərmanlar tütün asılılığının müalicə və təlim mərkəzləri vasitəsilə xəstələrə ödənişsiz təqdim ediləcə
#Tütünlə mübarizə Türkiyə
Türkiyə Səhiyyə naziri Kemal Memişoğlu, Artvinin pilot layihə çərçivəsində ölkənin ilk "siqaretsiz şəhəri" elan edildiyini açıqlayıb. Nazir Memişoğlu, layihə ilə bağlı verdiyi açıqlamada, bütün dövlət qurumlarında siqaret çəkməyin tamamilə qadağan ediləcəyini, siqareti tərgitmək istəyən vətəndaşlar üçün ALO 171 yardım xəttinin gücləndiriləcəyini və pulsuz dərman dəstəyi veriləcəyini bildirib. O, həmçinin elektron siqaret və “puf” kimi tütün məhsullarına qarşı da sərt siyasət tətbiq ediləcəyini vurğulayıb. Memişoğlu bu təşəbbüsün ictimai sağlamlıq baxımından tarixi bir addım olduğunu qeyd edib.