Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24-26 noyabr tarixlərində Səudiyyə Ərəbistanında silsilə tanıtım tədbirləri keçirilib. “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Hava Yolları (AZAL) daxil olmaqla 11 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Ciddə, Əl-Xobar və Ər-Riyad şəhərlərində baş tutub. Səudiyyə Ərəbistanından olan 200-dən çox turizm şirkəti və media nümayəndəsinin bir araya gəldiyi tədbirlərdə ilboyu cəlbedici səyahət destinasiyası kimi Azərbaycanın müxtəlif turizm məhsulları haqqında məlumat verilib, o cümlədən sağlamlıq turizmi, halal turizm və ailəvi istirahət imkanları diqqətə çatdırılıb, B2B formatlı görüşlər keçirilib
#Səudiyyə-Azərbaycan əməkdaşlığı
Kral Salman Beynəlxalq Ərəb Dili Kompleksi bu gün Azərbaycan Respublikasında “Ərəb Dili Ayı” adlı proqramını başladıb. Proqram 31 avqust 2025-ci il tarixinədək davam edəcək və ərəb dilini xarici dil kimi öyrənənlər üçün nəzərdə tutulmuş elmi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində həyata keçirilir.