AzerVoice xəbər verir ki, Adanada gecə saat 12:00 radələrində meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işləri aparılır.
#Türkiyə meşə yanğınları 2025
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Bilecik və İzmir vilayətlərində baş verən meşə yanğınlarından sonra bu ərazilərin “Ümumi Həyata Təsirli Təbii Fəlakət Bölgəsi” elan edildiyini açıqlayıb.
Son iki ildə Türkiyədə meşə yanğınları əhəmiyyətli dərəcədə artıb. Rəsmi məlumatlara görə, 2023 və 2024-cü illərdə ümumilikdə təxminən 42 min 600 hektar meşə sahəsi alovlara təslim olub.