#Hakkari

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Hakkari şəhərinin Şemdinli rayonunda səhhətinin kəskin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu Talat Okurun şəhid olduğunu açıqlayıb. Nazirliyin yaydığı rəsmi məlumata əsasən, texniki təminat üzrə baş gizir rütbəsində xidmət edən Talat Okur ilkin tibbi müayinədən və müalicədən sonra Şemdinli Dövlət Xəstəxanasına yerləşdirilib.

Hakkarinin Yüksekova rayonunun Dağlıca kəndi yaxınlığında, qadağan olunmuş ərazidə başlayan meşə yanğını iki gündür alovlanır. Alovun səbəbi hələ müəyyən edilməyib. Yanğın Dağlıca, Dilekli və Dibecik kəndləri arasında yerləşən meşəlik ərazidə güclü küləyin təsiri ilə sürətlə yayılıb. Söndürmə işlərinə yanğınsöndürən briqadalarla yanaşı hərbi helikopterlər də cəlb olunub. Qeyd edək ki, bölgədə havanın küləkli keçməsi yanğınsöndürmə işlərini çətinləşdirir.

Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Aydın, Hakkari, Ankara, Balıkəsir və Mersin vilayətlərində keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 26-sı barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə məhkəmə nəzarəti tədbiri tətbiq edilib, digər şəxslərlə bağlı istintaq davam etdirilir. Maliyyə Cinayətləri İstintaq İdarəsinin (MASAK) məlumatına görə, həbs edilən şübhəlilərin bank hesablarında ümumilikdə 1,2 milyard türk lirəsi həcmində pul dövriyyəsi aşkarlanıb və həmin hesablara qarşı ehtiyat tədbirləri görülüb.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Türkiyə Yüzili Görüşmələri” çərçivəsində Hakkariyə səfər edib. Nazir səfər çərçivəsində şəhərdəki müəllimlər evində yerli protokol nümayəndələri ilə görüşüb. Güler çıxışında Hakkarinin Türkiyənin ən qədim və önəmli şərq sərhəd şəhərlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Hakkari bənzərsiz təbiəti, mövcud imkanları və istedadlı insanları ilə ölkənin ən dəyərli bölgələrindən biridir.