bp Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-nin Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan "Turan Drilling & Engineering Company" MMC ilə müqavilənin yeniləndiyini elan edib.
#AÇG
2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə 3,6 faiz azalıb.