#İsrafil Məmmədov

19 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi iləkeçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, idarəetməsində olan məcmu aktivlərin həcmi 10 trilyon ABŞ dollarını ötən, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və "Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması"na həsr olunmuş illik iclasda iştirak edir.