Suriyanın prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, ölkənin birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya artıq uzunmüddətli müharibədən yorulub və birliyin yalnız qarşılıqlı razılaşma ilə təmin olunması mümkündür.
#Druz dağı
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb. Bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Parisdə ABŞ vasitəçiliyi ilə baş tutan Suriya və İsrail nümayəndə heyətlərinin görüşü yalnız hərbi gərginliyin azaldılması və 1974-cü il atəşkəs razılaşmasının aktivləşdirilməsi ətrafında cərəyan edib. Tərəflər arasında hələlik heç bir yekun razılaşma əldə olunmayıb.
İsrailin druzları qorumaq bəhanəsi ilə Suriyaya müdaxiləsi ölkənin cənubunda hərbi və təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirən xaotik bir vəziyyətə səbəb oldu.