Qızılın qiyməti son aylarda ciddi təzyiqlə üzləşərək bir unsiya üçün 4 min ABŞ dollarından aşağı enib. Bazar iştirakçıları artıq risklərdən və inflyasiyadan qorunmaq məqsədilə qızıla üstünlük vermək əvəzinə, ABŞ dollarının möhkəmlənməsinə və ABŞ-də faiz dərəcələrinin artırılacağı gözləntilərinə diqqət yetirirlər.
#qızılın qiyməti
Üç günlük güclü artımdan sonra bu gün, çərşənbə günü neft qiymətlərində geriləmə müşahidə olunub. Eyni zamanda, investorların ABŞ Prezidenti Donald Tramp və çinli həmkarı Si Cinpin arasında Pekində keçiriləcək mühüm zirvə görüşünü gözləməsi fonunda qızıl qiymətləri sabit qalıb. VOA xəbər verir ki, Bbazardakı bu dinamika həm də İrandakı müharibə və Hörmüz boğazının bağlanması ilə bağlı davam edən gərginliklər fonunda baş verir.
Bu həftənin yekunlarına görə, Azərbaycanda qızılın unsiyasının qiyməti 44,676 manat və ya 0,6% azalıb. Qızılın bir unsiyasının orta ölçülmüş qiyməti əvvəlki həftədəki göstərici ilə müqayisədə 197,2261 manat və ya 2,8% azalaraq, 6899,3106 manat təşkil edib.
ABŞ-da pərakəndə satışların güclü nəticələr göstərməsi fonunda dolların əsas dünya valyutalarına qarşı məzənnəsinin artması qızılın qiymətinin enməsinə səbəb olub.