Meksikada ötən həftədən bu yana təsirli olan Priscilla və Raymond tropik fırtınalarının səbəb olduğu güclü yağışlar nəticəsində baş verən sel fəlakətində həlak olanların sayı 72-yə, itkin düşənlərin sayı isə 48-ə çatıb. Meksika mətbuatının məlumatına görə, təbii fəlakət beş ştatda ciddi dağıntılara və insan tələfatına səbəb olub. Ən çox zərər görən bölgələr arasında Veracruz, Puebla və Hidalgo ştatları yer alır. Bu ərazilərə 21 helikopter göndərilib və əlavə xilasedici qüvvələr cəlb olunub.
#sel zamanı təhlükəsizlik tədbirləri
Pakistan Milli Fəlakət İdarəetmə Təşkilatı (NDMA) tərəfindən verilən açıqlamada, yağışların səbəb olduğu fəlakətlərin təsirlərinin ölkə üzrə davam etdiyi bildirilib. Açıqlamada, ölkə üzrə baş verən fəlakətlərdə həyatını itirənlərin sayının 657-yə yüksəldiyi, ölənlərin 171-nin uşaq olduğu ifadə edilib. İtkin düşən 929 nəfəri tapmaq üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilən açıqlamada, fəlakətlərdən ən çox təsirlənən əyalətin Hayber Paxtunxva olduğu və burada 150-dən çox şəxsin hələ də itkin düşdüyü qeyd olunub. Açıqlamada Hayber Paxtunxvada 390, Pəncabda 164, Gilgit-Baltistanda 32, Sinddə 28, Bəlucistanda 20, Azad Kəşmirdə 15 və İslamabadda 8 nəfərin həyatını itirdiyi məlumatı paylaşılıb.
Daşqınlar adətən yağışın normadan artıq düşməsi nəticəsində çay və göllərin səviyyəsinin qalxması ilə baş verir.
Hindistanda musson fəlakəti - Daşqın və torpaq sürüşmələri 85 nəfərin həyatına son qoyub.