Xorvatiyada 2008-ci ildə ləğv edilən məcburi hərbi xidmət sistemi yenidən qüvvəyə minib və yüzlərlə gənc hərbi hissələrdə xidmətə başlayıb. İki ay davam edəcək təlim müddətində gənclər hərbi nizam-intizam çərçivəsində hazırlıq keçəcəklər. Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tihomir Kundid bildirib ki, çağırışçılar mülki mühitdən ayrılaraq hərbi xidmətə başlayırlar, lakin bu proses ailələri narahat etməyəcək şəkildə mərhələli və stresssiz aparılacaq.