“Leman” jurnalının baş redaktoru Aslan Özdemir İstanbul hava limanında saxlanıldıqdan sonra ifadəsi alınıb və həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib.
#Peyğəmbər karikaturası
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dini dəyərlərin təhqiri iddiası ilə başladılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan “Leman” jurnalının baş redaktoru Aslan Özdemir İstanbul hava limanında saxlanılıb.
Məhəmməd peyğəmbər və Musa peyğəmbərin təsvir olunduğu karikaturanın “Leman” jurnalında dərc olunması ilə bağlı başlanan istintaq çərçivəsində jurnalın baş redaktoru Aslan Özdemir barəsində həbs qərarı çıxarılıb.
Ədliyyə naziri Tunç: Heç bir azadlıq inancı alçaltmaq haqqını vermir