#Leman jurnalı

Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 3-ü barəsində həbs qərarı çıxarılıb, digər 3 nəfər isə məhkəmənin qərarı ilə nəzarət şərti ilə sərbəst buraxılıb.

Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən iyunun 26-da Leman jurnalında dərc olunmuş karikatura ilə bağlı başlanmış istintaq başa çatıb. Hazırlanan ittiham aktında məsul redaktorlar Zafer Aknar və Aslan Özdemir, müəssisə müdiri Ali Yavuz, qrafik dizayner Cebrail Okçu, həmçinin barəsində axtarış qərarı çıxarılan baş redaktor Mehmet Tuncay Akgün mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunurlar. Prokurorluq onların hər biri üçün 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dini dəyərlərin təhqiri iddiası ilə başladılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan “Leman” jurnalının baş redaktoru Aslan Özdemir İstanbul hava limanında saxlanılıb.