Bu gün yüzlərlə fələstinli ailə Qəzza şəhərindən çıxmağa başlayıb. Bəziləri yük maşınlarına minib, digərləri isə piyada hərəkət edib. AzerVoice-un məlumatına görə, İsrail ordusu dəfələrlə şəhərdən təxliyə elan etsə də, sakinlərin çoxu başqa gedəcək yerlərinin olmadığını bildirir. Onların sözlərinə görə, İsrail cənubda köçmələrini istədiyi ərazilərə də dəfələrlə zərbələr endirib. Xatırladaq ki, İsrail ordusunun sözçüsü Avixay Edri liman ərazisi və Ər-Rimal məhəlləsinin sakinlərini dərhal cənubdakı “humanitar zona”ya getməyə çağırıb. Lakin fələstinlilər orada artıq çadır qurmaq üçün boş yer qalmadığını deyirlər. Edri 250 mindən çox Qəzza sakininin şəhəri tərk etdiyini bildirsə də, Qəzza mülki müdafiə xidməti bu rəqəmin əslində təxminən 68 min olduğunu açıqlayıb.
#Avixay Edri
İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətləri və İsrail Müdafiə Ordusunun Qəzza zolağındakı fəaliyyəti Hitlerin cinayətlərini belə geridə qoyub.
İsrail ordusu bu gün Fələstinlilərə Qəzza zolağının mərkəzindən təxliyə olunmaları barədə əmr verib.
İsrail ordusu bu gün Qəzza zolağının şimalında yerləşən bəzi bölgələrdəki sakinlərə yeni təxliyə əmrləri verib.
İsrail ordusu Qəzza şəhəri və Cəbəliyyənin şimal bölgəsində yaşayan fələstinlilərə dərhal evlərini tərk etmələri ilə bağlı təcili xəbərdarlıq yayıb.
İsrail ordusu Qəzza şəhəri və ətraf bölgələrdəki fələstinlilərə yeni hərbi əməliyyat barədə xəbərdarlıq edib.