Misirin Çinə ixracı 2026-cı ilin ilk altı ayında illik ifadədə təxminən 200 faiz artaraq 840,8 milyon dollara çatıb.Bu barədə VOA Misirin Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinin (CAPMAS) məlumatlarına istinadən xəbər verir. 2025-ci ilin eyni dövründə bu göstərici 280,5 milyon dollar təşkil edib.
#Misir iqtisadiyyatı
Misirin qeyri-neft özəl sektorunda yeddi aylıq daralmadan sonra avqust ayında da bərpa prosesi davam edib.Bu barədə VOA “S&P Global”ın Misir üzrə Satınalma Menecerləri İndeksinə (PMI) istinadən məlumat verir. PMI göstəricisi iyuldakı 46,8-dən avqustda 49,6-ya yüksəlib. Bununla belə, indeks 50 bal həddindən aşağı olaraq qalır və bu, sektorun hələ də daralma zonasında olduğunu göstərir.
Misir Nazirlər Kabinetinin Media Mərkəzi bazar ertəsi günü 2026-cı ilin birinci yarısında ölkədə təxminən 26 min yeni şirkətin təsis edildiyini açıqlayıb. Mərkəz yaydığı mətbuat bəyanatında 2026-cı ilin yanvar-iyun ayları ərzində Misirdə şirkətlərin qeydiyyata alınma tempinin təxminən 20 faiz artdığını bildirib.
Misir hökumətinin Qahirənin qərbində yeni bir nəhəng şəhərsalma layihəsində özəl sektorla əməkdaşlıq edəcəyini açıqlaması ölkədə geniş mübahisələrə səbəb olub.