#Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, bu, 08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın İranda keçirilən 55-ci iclasında təsdiq olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.

Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib. Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir. Dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.