Şamxani nüvə danışıqları çərçivəsində Rusiyanın mümkün alternativ kimi təqdim olunmasına toxunaraq, “Zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması üçün heç bir əsas yoxdur” deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və ölkənin daxili imkanları çərçivəsində həyata keçirilir.
#Nüvə danışıqlarında son vəziyyət
İran, İsrail və ABŞ tərəfindən onun nüvə obyektlərinə qarşı həyata keçirilən hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti bu addımları qəti şəkildə qınamağa çağırıb. İrəvani vurğulayıb ki, bu hücumlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) zərbə vurur.
İran Baş Qərargah rəisi Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın uranın zənginləşdirilməsi ilə bağlı xəbərdarlığından sonra “istənilən yeni təcavüz keçmişdən fərqli olaraq qəti və sarsıdıcı cavabla qarşılanacaq”- deyə bildirib. Musəvi həmçinin bütün cəbhələrdə müharibəyə hazır olmağa çağırış edib.
İranın xarici işlər naziri Abbas Erakçi ABŞ-la nüvə danışıqları prosesinin uğurla nəticələnə biləcəyini istisna etməyib.