Livanın rəsmi xəbər agentliyinin yaydığı son məlumata görə, şənbə günü İsrail ordusunun ölkənin cənubuna endirdiyi hava zərbələri nəticəsində dörd nəfər həyatını itirib. Eyni zamanda, İsrail hərbçiləri Hizbullahın ölkənin şimalına raket zərbələri endirdiyini bildirib ki, bu da bu yaxınlarda müddəti uzadılmış kövrək atəşkəs rejimi üçün növbəti ciddi sınaq kimi qiymətləndirilir.
#Suriya İsrail Livan geosiyasəti
Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkə daxilində həyata keçirdiyi intensiv hava hücumları nəticəsində ilkin məlumatlara görə onlarla insanın həyatını itirdiyini, yüzlərlə insanın isə yaralandığını açıqlayıb. İsrail hərbi hava qüvvələrinin Livanın bir çox bölgəsini eyni vaxtda hədəf aldığı bildirilir.
Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.
Livan hakimiyyəti bildirib ki, bazar günü ölkənin şərqində, Suriya sərhədi yaxınlığında İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində 4 nəfər həlak olub. AFP-nin məlumatına görə, İsrail tərəfi zərbənin Fələstinin “İslami Cihad” qruplaşmasının üzvlərinə qarşı yönəldiyini açıqlayıb. 2024-cü ilin noyabrında İsrail ilə Hizbullah arasında bir ildən artıq davam edən qarşıdurmanı dayandırmaq məqsədilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan ərazisinə mütəmadi zərbələr endirməyə davam edir. Rəsmi Tel-Əviv adətən hücumların İranın dəstəklədiyi Hizbullahı hədəf aldığını bildirir, lakin bəzi hallarda Fələstin qruplaşmalarını, o cümlədən HƏMAS-ı da hədəf seçdiyini qeyd edir.
Livanın xarici işlər naziri Yusuf Rəcci İsrailin Livana qarşı genişmiqyaslı hücumlara hazırlaşdığına dair ərəb və beynəlxalq tərəflərdən xəbərdarlıqlar aldıqlarını bildirib. Nazir Rəcci Qətər mərkəzli “Al Jazeera” ərəb televiziya kanalına gündəmlə bağlı açıqlamalar verib. Rəcci atəşkəsə baxmayaraq İsrailin Livan ərazisinə hücumlarını davam etdirdiyinə diqqət çəkərək, bunun dayandırılması üçün intensiv diplomatik fəaliyyət apardıqlarını qeyd edib.
Hizbullah rəhbərlərindən Mahmud Qamati xəbərdarlıq edib ki, partiyanın silahlandırılmasına son qoyulması Livanı təhlükə altına qoyacaq. ABŞ-ın Livanla bağlı təzyiqləri fonunda bu bəyanat mübahisələr doğurub.
Suriyalıların Livan banklarında dondurulmuş əmanətləri, sərhədin müəyyənləşdirilməsi məsələsi, Livandan Suriyaya yönəlik təhrikedici ritorika və digər çətinliklər hələ də həllini tapmayıb.
İsrailin genişlənmə planları təkcə sağçılardan gəlmir, həm də təhlükəsizlik orqanlarından qaynaqlanır və siyasi rəhbərlik tərəfindən də aktiv dəstəklənir.