#Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə COP30 “Mavi Zona”sında yerləşən Azərbaycan pavilyonunda “Standartlar vasitəsilə yaşıl gələcəyin formalaşdırılması” mövzusunda panel sessiyası təşkil edilib.

Bu standartların tətbiqi ölkəmizdə zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına, dəqiq analiz və keyfiyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.