Livan Sosial İşlər naziri Hanin əs-Seyyid bildirib ki, ilin sonuna qədər ölkəsinə könüllü şəkildə qayıdan suriyalı qaçqınların sayının yarım milyona çatacağı gözlənilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, nazir Seyyid, Livan hökumətinin suriyalı qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıdışını təmin etmək üçün hazırladığı plan çərçivəsində evlərinə dönmək üçün yola çıxan bir qrup suriyalıya müşayiət edib.
#UNHCR
Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.