Proqram ABŞ-ı, müttəfiqləri və xaricdə yerləşən qüvvələri ballistik, kruiz və hipersəs raket təhdidlərindən qorumağı hədəfləyir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 151 milyard dollar dəyərində olan SHIELD (Strategic Homeland Integrated Enhanced Layered Defense) adlı yeni raketdən müdafiə proqramının başladığını elan edib. Proqramın əsas məqsədi ABŞ ərazisini, müttəfiqləri və xaricdəki hərbi qüvvələri ballistik, kruiz və hipersəs raket təhdidlərindən qorumaqdır.
#ABŞ Pentaqonunda məlumat sızması
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat hesabatına əsasən, ötən həftəsonu İranın üç nüvə obyektinə endirilən hava zərbələri, İranın nüvə proqramının əsas infrastrukturunu tamamilə məhv etməyib, sadəcə onu bir neçə ay geriyə atıb.
ABŞ-ın bunker deşici MOP bombaları ilə İranın Fordo nüvə obyektinə endirdiyi hücumdan sonra obyektin tam məhv edilib-edilmədiyi müzakirələrə səbəb olub.
Pentaqonun sızan hesabatı ABŞ-da çaxnaşma yaradıb - İranın nüvə qabiliyyəti məhv edilə bilməz.