Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin miqyasını rəqəmlərlə ifadə edərək bildirib ki, fəlakət 11 əyalətdə 14 milyon insana birbaşa təsir edib. 53 min 697 vətəndaşın həyatını itirdiyi bu fəlakətin Türkiyə iqtisadiyyatına birbaşa və dolayısı ilə ümumi maliyyə yükü 254 milyard dolları tapıb. Bu məbləğ ölkənin 2023-cü il üzrə milli gəlirinin təxminən 9 faizinə bərabərdir.
#2023 Kahramanmaraş zəlzələsi
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Afyonkarahisarda keçirilən proqramda 6 fevral zəlzələləri ilə bağlı davam edən hüquqi proseslər və məhkəmə statistikası barədə geniş məlumat verib. Nazir 3 il əvvəl baş verən "əsrin fəlakəti"nin toplumsal hafizəyə həkk olunduğunu və dövlətin bütün imkanları ilə zərərlərin aradan qaldırılması üçün çalışdığını vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərinin üçüncü ildönümü münasibətilə sosial media hesabında video-müraciət paylaşıb. Dövlət başçısı fəlakətin ildönümündə həyatını itirənləri anaraq, şəhərlərin bərpası prosesi haqqında mühüm mesajlar verib. Prezident Ərdoğan paylaşımında 3 il əvvəl baş verən iki böyük zəlzələdə həyatını itirən vətəndaşları heç vaxt unutmayacaqlarını vurğulayıb: "Onların xatirələrini qəlbimizdə və zehnimizdə daima yaşadacağımıza, əmanətlərinə sahib çıxacağımıza və zəlzələdə dağılan şəhərlərimizi təkrar ayağa qaldıracağımıza dair millətimizə söz verdik."
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatorluğu beynəlxalq media nümayəndələri üçün xüsusi media proqramı təşkil edir. C.İşbilir deyib ki, proqramda ABŞ, Almaniya, Çin, Cənubi Koreya, İtaliya, Macarıstan, Yunanıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Misir və Azərbaycandan olmaqla 11 ölkədən 32 beynəlxalq jurnalist iştirak edir. Proqrama dəvət olunan media nümayəndələri 6 fevral zəlzələlərindən sonra fəlakət bölgəsinə gələrək hadisələri yerində işıqlandırmış jurnalistlər arasından seçilib. Bu isə onlara üç il əvvəl böyük dağıntılara məruz qalan şəhərlərdə bugünkü vəziyyəti müşahidə etməyə və bərpa prosesinin nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan yaradır.
2025-ci ildə Türkiyədə 53 min 262 zəlzələ baş verib və bu, ölkədə zəlzələlərin ən çox qeydə alındığı ikinci il olub. İlin ən böyük zəlzələsi 23 aprel Silivridə 6,2 gücündə olub. Sındırgıda isə avqust və oktyabr aylarında 6,1 gücündə iki böyük zəlzələ qeydə alınıb. Burada 21 minə yaxın zəlzələ baş verib və əhali gündə orta hesabla 146 zəlzələ ilə qarşılaşıb. Konya, Kulu və Ankara, Etimesgut bölgələrində də gücü 3,6-5 olan zəlzələlər baş verib. Ümumilikdə 2025-ci ildə zəlzələlər nəticəsində 3 nəfər ölüb, 594 nəfər yaralanıb.
Mərasimdə ümumilikdə 54 min 200 müstəqil bölmənin təhvil verilməsi nəzərdə tutulur. Bunlara 43 min 727 mənzil, 4 min 69 iş yeri və 6 min 404 kənd evi daxildir. Tədbir çərçivəsində Hatay, Kahramanmaraş və Adıyaman şəhərləri ilə canlı bağlantı da qurulacaq.
Türkiyənin Balıkesir vilayətində ardıcıl iki zəlzələ baş verib. Məluamata əsasən, hər iki zəlzələnin episentri Balıkesir vilayətinin Sındırqı rayonunda yerləşib. Yerli vaxtla saat 20:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınan 3,9 bal gücündəki zəlzələ yerin 9,16 kilometr dərinliyində, 3,5 bal gücündəki digər zəlzələ isə 7,14 kilometr dərinlikdə baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən “Azərbaycan məhəlləsi” də daxil olmaqla, zəlzələdən zərər çəkmiş bölgələrdə 49 min 56 evin və iş yerinin sakinlərinə təhvil veriləcəyini açıqlayıb.