#Türkiyə tender elanları

Türkiyədə “Spor Şehri İstanbul” layihəsi çərçivəsində məktəblərdə fəaliyyət göstərən idman klublarına dəstək məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İdman ləvazimatları tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.

Girəsun Bələdiyyəsi 950 min litr dizel və 40 min litr 95 oktan benzin alınması üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaq tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), “Shelter” layihəsi çərçivəsində asan quraşdırılan və sökülə bilən ümumilikdə 1404 ədəd konteynerin alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Konteynerlər tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində hissə-hissə təhvil alınacaq.

Bolu şəhər səhiyyə idarəsi, Gərədə rayonunda Sağlamlıq Mərkəzi və 112 Təcili Yardım Stansiyası xidmət binasının tikintisi ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 400 gün təşkil edir.

Ankaranın ictimai nəqliyyat (EGO) baş idarəsi nəqliyyat vasitələrinin baxımı və təmir idarəsi, nəqliyyat vasitələrində istifadə ediləcək 1900 ədəd akkumulyator alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Akkumlyatorlar tenderin nəticələri açıqlandıqdan sonra 90 gün ərzində hissə-hissə təhvil alınacaq.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Iğdır şəhərinin Mərkəz rayonunun Küllük məhəlləsində həyata 478 mənzil, 1 məscid və 2 ticarət mərkəzi inşa ediləcək, həmçinin infrastruktur və abadlıq işləri aparılacaq.

Muğla Böyükşəhər Bələdiyyəsi Dəstək Xidmətləri Dairəsi, 151 çeşid kompüter, proqram təminatı və informasiya sistemlərinə aid avadanlıqların satın alınması ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunan avadanlıqlar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.

Ədliyyə Nazirliyinin Dəstək Xidmətləri İdarəsi Osmaniyədə yeni ədliyyə binasının tikintisi üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 700 gün təşkil edir.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Trabzonun Hayrat rayonunda 47 ədəd mənzil inşaatı ilə yanaşı infrastruktur və abadlıq işlərinin görülməsi üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 450 gün təşkil edir.

Türkiyənin İstanbul universiteti 211 növ cərrahi alətlərin satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

Ərzurum Su Kanal İdarəsi, 1,2 milyon litr dizel yanacağı, 25 min litr 95 oktan benzin və 25 min litr dizel mühərrikləri üçün qatqı məhlulunun satın alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində hissə-hissə təhvil alınacaq.