Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, 8 dekabr 2024-cü ildən bu günə qədər 509 min 387 suriyalının könüllü şəkildə vətəninə döndüyünü açıqlayıb. Nazir Yerlikaya sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Türkiyə könüllü geri dönüş prosesində də suriyalıların yanında yer alır. Onun sözlərinə görə, Suriyadakı vəziyyətin dəyişməsi könüllü qayıdışların sürətlənməsinə səbəb olub. Yerlikaya qeyd edib ki, 2016-cı ildən bəri ümumilikdə 1 milyon 249 min 390 suriyalı könüllü şəkildə vətəninə dönüb.
#Könüllü qayıdış proqramları
Ötən il dekabrın 8-də Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən ümumilikdə 411 min 649 suriyalı öz vətəninə qayıdıb. 2016-cı ildən bu günə qədər Türkiyədən Suriyaya könüllü şəkildə qayıdanların ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda isə Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.
Türkiyənin vitse-prezident Cevdet Yılmaz 2024-cü il dekabrın 8-dən etibarən Suriyaya könüllü olaraq qayıdanların sayının 273 mini keçdiyini açıqlayıb.