#Müqavimət oxunun süqutu

İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.

İran son günlərdə İsrailə qarşı birbaşa qarşıdurma vəziyyətində qalıb, çünki uzun illər ərzində bölgədə qurduğu vekalət mexanizmləri artıq effektivliyini itirib. HƏMAS, Hizbullah, husilər və İraq milislərinin zəiflədiyi bir şəraitdə İranın özünün açıq müharibəyə cəlb olunması gündəmdədir.